Cild 1, Say 2 (2023)
Təbiət və Texniki Elmlər
Qeyri-xətti diferensial tənliklərin ədədi həll üsulları
Numerical Solution Methods for Nonlinear Differential Equations
Bu işdə qeyri-xətti adi diferensial tənliklərin ədədi həll üsulları tədqiq edilmişdir. Runge-Kutta və Adams-Bashforth metodlarının müxtəlif modifikasiyaları müqayisəli şəkildə araşdırılmış, hər birinin dəqiqlik və sabitlik xarakteristikaları təyin edilmişdir. Tədqiqat nəticəsində hibrid üsulun klassik metodlardan daha yüksək dəqiqlik təmin etdiyi müəyyən edilmişdir.
Naxçıvan florasında nadir bitki növlərinin müasir vəziyyəti
Current Status of Rare Plant Species in Nakhchivan Flora
Məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin müasir vəziyyəti araşdırılmışdır. Sahə tədqiqatları nəticəsində 45 nadir növün populyasiya dinamikası, yayılma arealları və təhdid faktorları müəyyən edilmişdir. Qorunma strategiyaları təklif edilmişdir.