Cild 2, Say 1 (2024)
Humanitar Elmlər Xüsusi Buraxılışı
Bərk cisim fizikasında yeni yanaşmalar: nanomaterialların xassələri
New Approaches in Solid State Physics: Properties of Nanomaterials
Bu tədqiqatda nanomaterialların fiziki xassələrinin öyrənilməsinə müasir yanaşmalar təhlil edilmişdir. Xüsusilə karbon nanoborularının və qrafen əsaslı materialların elektrik keçiriciliyi, istilik keçirmə qabiliyyəti və mexaniki möhkəmlik xarakteristikaları eksperimental olaraq tədqiq edilmişdir. Alınan nəticələr nanoelektronika sahəsində tətbiq perspektivlərini göstərir.
Azərbaycan ədəbiyyatında Naxçıvan mövzusu: tarixi-ədəbi təhlil
The Theme of Nakhchivan in Azerbaijani Literature: Historical-Literary Analysis
Məqalədə Azərbaycan ədəbiyyatında Naxçıvan mövzusunun əksi tarixi-xronoloji ardıcıllıqla təhlil edilmişdir. Klassik dövrdən müasir dövrə qədər Naxçıvanla bağlı ədəbi əsərlər, şeir və nəsr nümunələri araşdırılmış, bu mövzunun ədəbi prosesdəki yeri və əhəmiyyəti müəyyən edilmişdir.