Cild 2, Say 2 (2024)
Təbiət Elmləri və İnnovasiya
Süni intellekt tətbiqləri təhsil sistemində: imkanlar və çağırışlar
Artificial Intelligence Applications in Education System: Opportunities and Challenges
Bu tədqiqatda süni intellekt texnologiyalarının müasir təhsil sistemində tətbiqi imkanları araşdırılmışdır. Maşın öyrənməsi, təbii dil emalı və adaptiv öyrənmə sistemlərinin pedaqoji prosesdə istifadəsi təhlil edilmiş, Azərbaycan təhsil sistemi üçün tətbiq perspektivləri müəyyən edilmişdir. Tədqiqat həmçinin etik məsələləri və verilənlərin qorunması problemlərini əhatə edir.
Naxçıvanda iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri
Impact of Climate Change on Agriculture in Nakhchivan
Məqalədə son 30 il ərzində Naxçıvanda müşahidə olunan iqlim dəyişikliklərinin kənd təsərrüfatı sahəsinə təsiri araşdırılmışdır. Temperatur artımı, yağıntı rejiminin dəyişməsi və quraqlıq hallarının əkin sahələrinə, məhsuldarlığa və suvarma ehtiyaclarına təsiri statistik təhlil vasitəsilə qiymətləndirilmişdir. Adaptasiya tədbirləri təklif edilmişdir.