Rəyçilik Siyasəti
Peer Review Policy & Guidelines of NDU Scientific Journal
Rəyçilik Modeli (Double-Blind Peer Review)
Jurnalımıza təqdim olunan bütün tədqiqat məqalələri ikitərəfli gizli (double-blind) rəyçilik prosesindən keçir. Bu o deməkdir ki:
- Müəlliflər rəyçilərin kim olduğunu bilmirlər.
- Rəyçilər müəlliflərin adını, soyadını və iş yerini (kimliyini) bilmirlər.
Məqalələr göndərildikdə müəllif məlumatları tam silinərək yalnız məzmun rəyçilərə təqdim olunur.
Rəyçi Sayı və Müddəti
Hər bir məqalə üçün ən azı 2 (iki) müstəqil rəyçi təyin olunur. Rəyçilər mövzu üzrə ixtisaslaşmış və redaksiya heyəti xaricindən olan kənar sahə mütəxəssisləridir.
Rəyçi rəylərinin təqdim olunması üçün verilən müddət 4 ilə 8 həftə arasındadır. Hər iki rəyçinin rəyi müsbət olduqda məqalə nəşrə tövsiyə olunur. Əgər rəylər arasında ziddiyyət yaranarsa (biri qəbul, biri rədd), redaksiya heyəti məqaləni üçüncü rəyçiyə göndərir.
Qərar Vermə Səlahiyyəti
Rəyçilərin rəyləri əsasında məqalənin qəbul edilməsi, düzəliş edilməsi (minor və ya major revision) və ya rədd edilməsi barədə son qərar Baş Redaktor tərəfindən verilir. Rəyçilər məsləhətverici xarakter daşıyır, lakin redaksiya rəyçi rəylərini ciddi şəkildə rəhbər tutur.
Apellyasiya Proseduru
Rədd edilmiş məqalələr barədə qərarla razılaşmayan müəlliflər rədd bildirişindən sonra 30 qan ərzində redaksiyaya əsaslandırılmış apellyasiya məktubu yaza bilərlər. Apellyasiya sorğusu Baş Redaktor və redaksiya heyətinin müstəqil komissiyası tərəfindən yenidən nəzərdən keçirilir. Komissiyanın verəcəyi qərar sondur və məqalə yenidən rədd edilərsə, ikinci apellyasiya qəbul edilmir.
Rəyçi Məxfiliyi
Rəyçilər rəy üçün aldıqları əlyazmaları tamamilə məxfi saxlamalıdırlar. Təqdim olunan əlyazma ilə bağlı məlumatların hər hansı üçüncü şəxslə bölüşülməsi qəti qadağandır. Rəyçilər məqalədəki ideyaları öz şəxsi maraqları üçün istifadə edə bilməzrər.
Generativ Süni İntellekt (AI) Siyasəti
Scopus 2024 standartlarına əsasən rəyçilərin qiymətləndirmə zamanı əlyazmaları ChatGPT və ya oxşar generativ süni intellekt alətlərinə yükləməsi qətiyyən qadağandır. Bu, intellektual mülkiyyət və müəllif hüquqlarının pozulması (məxfilik sızması) hesab olunur. Rəylər yalnız insan mütəxəssis tərəfindən hazırlanmalıdır.
Rəyçi Təlimatları (Reviewer Guidelines)
Rəyçilər əlyazmanı qiymətləndirərkən aşağıdakı meyarları əsas götürməlidirlər:
- Elmi Yenilik və Struktur: Məqalədə aydın elmi yenilik varmı? Giriş, metodlar, nəticələr və müzakirə bölmələri məntiqi şəkildə qurulubmu?
- Metodologiya: Tədqiqat metodologiyası düzgün seçilibmi və təcrübələr təkrarlana biləndirmi?
- Ədəbiyyat Siyahısı: İstinadlar müasirdirmi (son 5-10 il) və mövzu ilə birbaşa əlaqəlidirmi?
- Dil və Üslub: Məqalənin dili akademik üsluba və qrammatik qaydalara uyğundurmu?
- Etik Qaydalar: Plagiatlıq, süni intellekt tərəfindən generasiya edilmiş mətn (icazəsiz) və ya məlumat manipulyasiyası şübhəsi varmı? Varsa, dərhal redaksiyaya bildirilməlidir.